Modern.az

Venesuela Prezidenti və xanımı barədə bu ittihamlar irəli sürülüb

Venesuela Prezidenti və xanımı barədə bu ittihamlar irəli sürülüb

Dünya

3 Yanvar 2026, 16:52

ABŞ Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresini narkoterrorizmdə ittiham edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi "X" sosial şəbəkə hesabında paylaşım edib.

Nikolas Maduroya qarşı narkoterrorçuluq məqsədilə sui-qəsd, kokainin idxalı üzrə sui-qəsd, avtomat silahlar və dağıdıcı qurğulara sahib olma, habelə bu silah və qurğulara sahib olmaq üçün sui-qəsd maddələri üzrə ittihamlar irəli sürülüb.

Bildirilir ki, onlar yaxın zamanda ABŞ ərazisində, Amerika məhkəmələrində ABŞ ədalət sistemi qarşısında cavab verəcəklər.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır