Modern.az

Türkiyədən Venesueladakı hadisələrə REAKSİYA

Türkiyədən Venesueladakı hadisələrə REAKSİYA

Dünya

3 Yanvar 2026, 18:12

Türkiyə Xarici İşlər Nazirliyi Venesuelada baş verən hadisələrə münasibət bildirib.

Modern.az xəbər verir ki, açıqlamada Ankaranın prosesləri yaxından izlədiyi bildirilib.

"Türkiyə Venesuelanın sabitliyinə, Venesuela xalqının rifahına böyük önəm verir.

Mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizlik baxımından mənfi nəticələr doğurmaması üçün bütün tərəfləri təmkinli davranmağa çağırırıq.

Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həll olunması istiqamətində hər cür konstruktiv töhfə verməyə hazırıq", - açıqlamada bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?