Modern.az

Dəməşqdə üç yerdə partlayış

Dəməşqdə üç yerdə partlayış

Dünya

4 Yanvar 2026, 09:38

Yanvarın 3-də Suriyanın paytaxtı Dəməşqin qərb hissəsində naməlum şəxslərin hücumu nəticəsində azı üç partlayış baş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, atılan raketlərdən biri Məzzə rayonundakı bir məscidin günbəzinə zərər verib. Yaxınlıqda yüksək vəzifəli məmurların yaşadığı villaların yerləşdiyi bildirilir.

 

Başqa bir raket elit batalyonun kazarmasının yaxınlığında partlayıb, digəri isə şəhərin kənarındakı Məzzə hərbi aerodromuna düşüb.

 

İnsan tələfatı və dağıntılar barədə heç bir məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır