Modern.az

Paytaxt DƏYİŞDİRİLDİ

Paytaxt DƏYİŞDİRİLDİ

Dünya

4 Yanvar 2026, 16:38

Ekvatorial Qvineyanın paytaxtı ölkənin təhlükəsizliyini artırmaq və logistikanı yaxşılaşdırmaq məqsədilə adadan materik hissəyə köçürülüb.

Modern.az xəbər verir ki, bu barədə Afrika ölkəsinin Prezidenti Teodoro Obianq Nquema Mbasoqo müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Syudad-de-la-Pas şəhəri respublikanın yeni paytaxtı olub. Malabo şəhəri isə bu statusdan məhrum edilib.

Qeyd edək ki, Syudad-de-la-Pasın gələcək paytaxt kimi tikintisinə 2012-ci ildə başlanılıb. Şəhər Ekvatorial Qvineyanın materik hissəsinin tam mərkəzində, Vele çayı üzərində, Atlantik okeanı sahilindən 160 km şərqdə yerləşir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?