Modern.az

Britaniyada dron hücumu

Britaniyada dron hücumu

Dünya

4 Yanvar 2026, 15:27

Böyük Britaniyanın Oksfordşir qraflığının Bister şəhərində yerləşən 1 100 yerlik Bullinqdon həbsxanasına dron dəstələrinin hücumu olub.

 

Modern.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu yolla məhbuslara narkotik və silah ötürülüb.

 

Bildirilir ki, basqın gecə saatlarında baş verib. Bundan əlavə, PUA-ları kənarlaşdırmağa çalışan mühafizəçilər də hücuma məruz qalıblar.

 

Qeyd olunub ki, torların olmaması, həmçinin pəncərələrin zəif konstruksiyası və ya zədəli olması problemi daha da dərinləşdirib.

 

Hadisə ilə bağlı araşdırmaların aparıldığı, müəssisənin təhlükəsizliyi üçün vəsait ayrılacağı bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır