Modern.az

Mustafa Cəmilov: “Rusiya Krım tatarlarının deportasiyasına hazırlaşır”

Mustafa Cəmilov: “Rusiya Krım tatarlarının deportasiyasına hazırlaşır”

17 Aprel 2014, 15:53


Ukraynanın xalq deputatı, Krım tatarlarının lideri Mustafa Cəmilov Rusiyanın Krım tatarların adanın ərazisindən sıxışdırıb çıxaracağından ehtiyat edir. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bunu Ali Radada jurnalistlərə Cəmilov özü deyib:

“Məndə olan məlumata görə, Rusiyanın Federal Təhlükəsizlik Xidmətindəkilərin əksəriyyəti Krım tatarlarının deportasiyasının tərəfdarıdır. Bu, yəqin ki, 1944-cü ildəki kimi olacaq, o vaxt avtomatla gələnlər kimi, sadəcə yüngül variant seçəcəklər. 1783-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra belə olmuşdu, o zaman vaqonlara doldurmadılar, deportasiya etmədilər, ilk növbədə ziyalıları məhv etdilər, onlarla donuz kimi davrandılar, qalanlar çıxıb getməyə məcbur oldular”.

Cəmilovun fikrincə, indi rusiyalılar Krımda özlərini kobud aparırlar, belə qarşıdurmalardan biri insan itkisi ilə nəticələnib: “İnsident yaratmaq üçün müxtəlif bəhanələr tapırlar, məsələn, 15 yaşlı oğlanı telefonla krım-tatar dilində danışdığı üçün döyüblər. Bu ölüm faktının üstü yarım saata açıla bilərdi, ancaq orqanlardakılar da onların adamlarıdır”.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir