Modern.az

Azərbaycanda pul bazası 7.4% ARTIB

Azərbaycanda pul bazası 7.4% ARTIB

İqtisadiyyat

7 Yanvar 2026, 09:36

01 Yanvar 2026-cı il tarixinə Azərbaycanda pul bazası 22 milyard 470.2 milyon manat təşkil edib.

Modern.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, son bir ayda pul bazası 1.5 % və ya 341.8 milyon manat artıb.

İllik müqayisədə isə pul bazası 7.4% və ya 1 milyard 553.7 milyon manat artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Əliyevlə Ərdoğan İranın hücumunu müzakirə etdi