Modern.az

Türkiyə kəşfiyyatına müstəsna səlahiyyətlər verildi

Türkiyə kəşfiyyatına müstəsna səlahiyyətlər verildi

18 Aprel 2014, 12:39


Türkiyə parlamentində Milli Kəşfiyyat Xidməti (MİT) ilə bağlı mübahisəli qanun qəbul olunub. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni qəbul olunan qanunla MİT ölkə daxilində və xaricində istənilən təşkilatlar, yaxud şəxslərlə, hətta terrorçularla birbaşa əlaqəyə girmək hüququ qazanır. Bundan başqa, məhkəmənin qərarı olmadan vətəndaşların telefonlarının dinlənilməsi və onların şəxsi həyatı barədə məlumatların toplanmasına da icazə verilir. MİT əməkdaşları əməliyyat zamanı qanunu pozarlarsa belə, hüquqi məsuliyyətdən azad olunurlar. Türkiyə KİV-dən hər hansı biri gizli kəşfiyyat məlumatını yayarlrsa, yeni qanunla onlara qarşı cinayət işi qaldırılacaq.

Xatırladaq ki, qanun layihəsini iqtidardakı Ədalət və İnkişaf  Partiyasının üzvlərinin əksəriyyəti dəstəkləyiblər. Müxalifətçi deputatlar isə bunu ölkədə insan hüquqlarının məhdudlşadırılması ilə bağlı silsilə qanunlardan biri kimi dəyərləndiriblər.  

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir