Qarabağdan Ermənistana köçən 4000-dən çox ailə artıq mənzil sertifikatları alıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan mətbuat konfransında 2025-ci il üçün işlərin nəticələrini və 2026-cı il üçün planları təqdim edərkən bildirib.
Onun sözlərinə görə, Qarabağdan köçən şəxslərə sertifikatların verilməsi prosesi 2025-ci ildə də davam edib. Bu günə qədər 4040 ailə sertifikatlar alıb.
Torosyan sertifikatların verilmə nisbətinin tezliklə sürətlənəcəyinə ümid etdiyini bildirib.