Modern.az

Prezident hərbi xidmətə çağırış haqqında fərman imzalayıb

Prezident hərbi xidmətə çağırış haqqında fərman imzalayıb

Təhsil

9 İyun 2010, 22:00

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdə olanların ehtiyata buraxılması haqqında fərman imzalayıb.
 
Fərmana əsasən, 1992-ci ildə doğulmuş və 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan şəxslər Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2010-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.

Xidmət müddəti keçmiş əsgər, matros və çavuşlar isə 2010-cu il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR