Modern.az

Daha bir aviaşirkət İrana reysləri təxirə saldı

Daha bir aviaşirkət İrana reysləri təxirə saldı

Aktual

9 Yanvar 2026, 17:30

“Turkish Airlines” (Türk Hava Yolları) şirkətinin ardınca daha bir nüfuzlu aviadaşıyıcı – BƏƏ-nin “Flydubai” hava yolları şirkəti yanvarın 9-a İranın müxtəlif şəhərlərinə planlaşdırılan hava reyslərini təxirə salıb.

Modern.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Dubay və İranın Tehran, Şiraz və Məşəd şəhərləri arasında azı 17 hava reysi təxirə salınıb.

Bu qərarın səbəbləri barədə hələlik açıqlama verilmir.

Sizə yeni x var
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var