Modern.az

Pəhləvi Trampdan kömək istədi

Pəhləvi Trampdan kömək istədi

Dünya

9 Yanvar 2026, 22:28

İranın sonuncu şahının oğlu Rza Pəhləvi ABŞ prezidenti Donald Trampa müraciət edərək İranda baş verən etirazlar fonunda dəstək istəyib.

Modern.az-ın məlumatına görə, Rza Pəhləvi sosial şəbəkə üzərindən paylaşdığı açıqlamada bildirib ki, insanları azadlıqları uğrunda küçələrə çıxmağa çağırıb və kütləvi etirazlar təhlükəsizlik qüvvələrinə qarşı üstünlük əldə etməyə imkan verib.

Onun sözlərinə görə, Trampın mövcud rejimə yönəlik sərt mövqeyi də hakimiyyətin zorakılıq tətbiq etməsinin qarşısını alıb. Pəhləvi qeyd edib ki, zaman həlledici əhəmiyyət daşıyır və yaxın saatlarda insanlar yenidən küçələrə çıxacaq.

O, ABŞ prezidentindən İran xalqına yardım göstərməyə hazır olmasını xahiş edib və Trampı “sülhə sadiq və sözünün sahibi olan lider” kimi xarakterizə edib.

Bundan əvvəl Donald Tramp Rza Pəhləvinin fəaliyyətini izlədiyini və onu “xoş bir insan” hesab etdiyini açıqlamışdı. Bununla belə, ABŞ prezidenti hazırkı mərhələdə Pəhləvi ilə rəsmi görüş keçirməyi məqsədəuyğun saymadığını bildirib. Trampın sözlərinə görə, mövcud şəraitdə belə bir addımın nə dərəcədə doğru olacağına əmin deyil.

Amerika lideri əlavə edib ki, hazırda ən düzgün yol vəziyyətin öz axarı ilə inkişaf etməsinə imkan vermək və kimin önə çıxa biləcəyini müşahidə etməkdir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır