Modern.az

Futbolçu hakimi yerə sərdi… hakim əvəzləndi

Futbolçu hakimi yerə sərdi… hakim əvəzləndi

Dünya

19 Aprel 2014, 21:54

İngiltərə çempionatının 34-cü turu çərçivəsində “Nyukasl”-“Sionsi” komandalarının qarşılaşmasında ikinci hissə oynanılan zaman maraqlı anlar yaşanıb. Modern.az xəbər verir ki, oyunun ikinci dəqiqəsində qonaq komandanın oyunçusunun “Nyukasl”ın cərimə meydançasından kənarda möhkəm zərbə ilə vurduğu top baş hakimin sifətinə tuş gəlib. Bir anda huşunu itirən hakim yerə sərilib, bir qədər sonra özünə gələn hakim oyunu davam etdirib. Lakin 32-ci dəqiqədə yarım saat əvvəl aldığı zərbənin təsirindən hakim oyunu idarə bilməyib. Bu səbəbdən yardımçı hakimlə əvəzlənib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar