Modern.az

BDU-da professor Firudin Səməndərovun 75 illiyi qeyd olunub

BDU-da professor Firudin Səməndərovun 75 illiyi qeyd olunub

Təhsil

21 Aprel 2014, 16:22

Modern.az xəbər verir ki, bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Əməkdarhüquqşünası, Cinayət hüququ və kriminologiya  kafedrasının  müdiri,  hüquq üzrə elmlər doktoru, professor Firudin Səməndərovun anadan olmasının  75, əmək fəaliyyətinin 45 illiyinin tamam olması münasibətilə tədbir keçirilib. Tədbirdə respublikada tanınmış ziyalılar, o cümlədən universitetin professor-müəllim heyəti, tələbəbləri iştirak ediblər. Çıxış edən rektor, akademik Abel Məhərrəmov F.Səməndərovun uzun illərdir ki, universitetdə səmərəli fəaliyyətindən, hüquq elmi sahəsində Respublikada və xaricdə tanınıb qəbul  edilməsindən, bir çox  dəyərli elmi əsərlərinin olmasından, dəfələrlə beynəlxalq səviyyəli  konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etməsindən danışıb. Daha sonra hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Firudin Səməndərovun həyat və yaradıcılıq yolu” adlı  məruzə ilə çıxış edib. AMEA-nıninstitutdirektorları, prfoessorlar - MisirMərdanov, TofiqHacyevinçıxışlarından və çoxsaylı təbriklərdən sonra yubilyar tədbir iştirakçılarına təşəkkür edib.

Qeyd edək ki, Firudin Səməndərov 1969-cu ildən başlayaraq BDU-da müəllim, dosent, professor, kafedra müdiri kimi səmərəli fəaliyət göstərib, 1992-1993-cü illərdə BDU-nun rektoru olub. 1995-ci ildən Cinayət hüququ və kriminologiya kafedrasının müdiridir. Hüquq elmi sahəsində 100-dən çox elmi əsərin, o cümlədən 90 elmi məqalənin, 3 monoqrafiya, 17 kitab, dərslik, dərs vəsaitinin müəllifidir. Onun rəbərliyi altında 3 elmlər doktoru, 40-dan çox fəlsəfə doktoru yetişib.

 

 

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər