Modern.az

Bu rayonda 3 saat işıq olmayacaq

Bu rayonda 3 saat işıq olmayacaq

Aktual

13 Yanvar 2026, 10:47

Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.

Modern.az xəbər verir ki, yanvarın 13-də Şahbuz rayonunda "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən təmir-bərpa işləri aparılacaq.

Təmir işləri Şahbuz rayonunda yerləşən /35/10 kV-luq yarımstansiyadan qidalanan 10 kilovoltluq "Qəsəbə 7" və "Qəsəbə 1" hava elektrik verilişi xətlərində həyata keçiriləcək.

Bu səbəbdən, saat 13:00 dan 16:00-dək Şahbuz şəhərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır