Modern.az

Obama serialda çəkiləcək

Obama serialda çəkiləcək

22 Aprel 2014, 11:05


ABŞ Prezidentinin xanımı Mişel Obama Amerikanın “ABC” telekanalında efirə çıxan “Neşvill” musiqili-dramatik serialında iştirak edəcək. Bu barədə telekanalın saytında məlumat verilib.
Birinci xanımın iştirak edəcəyi epizod mayın 7-də telekanalın efirində göstəriləcək. Modern .az-ın verdiyi xəbərə görə həmin seriyada Mişellə eyni epizodda amerikalı müğənni Kelli Pikler də çəkiləcək.
Qeyd edək ki, Mişel Obama bundan əvvəl də İndianada uydurma Pauni şəhərinin abadlaşdırılmasından və yaşıllaşdırılmasından bəhs edən “İstirahət zonaları və parkları” teleserialının epizodunda özünü oynayıb.

 

Elmin Nuri 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər