Modern.az

Devid Moyes “Mançester Yunayted”dən qovuldu

Devid Moyes “Mançester Yunayted”dən qovuldu

22 Aprel 2014, 13:04


İngiltərənin “Mançester Yunayted” futbol klubunun rəsmi saytında baş məşqçi Devid Moyesin istefaya göndərildiyi haqda məlumat yayılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, saytdakı kiçik açıqlamada klubun artıq keçmiş məşqçiyə ağır əməyinə görə təşəkkür etdiyi də bildirilir. Onun yerinə kimim təyin olunacağı isə hələ ki açıqlanmır.

Qeyd edək ki, İngiltərə çempionatının sonuncu turunda “Mançester Yunayted” Devid Moyesin keçmiş klubu “Everton”a səfərdə 2:0 hesabı ilə məğlub olub.  

Son məlumata görə, “Mançester Yunayted”in yarımmüdafiəçisi Rayan Qiqz Devid Moyesin istefaya göndərilməsindən sonra baş məşqçi vəzifəsini icra edəcək. Qeyd edək ki, Moyesin assiatetnləri Stiv Raund və Cimmi Lamsden də klubdan ayrılacaq.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu