Modern.az

Bordyuja: “NATO ilə əlaqələri kəsəcəyik”

Bordyuja: “NATO ilə əlaqələri kəsəcəyik”

24 Aprel 2014, 14:38

 


“Biz Ukraynadakı vəziyyətlə əlaqədar NATO ilə əlaqələrin qurulması üzrə səylərimizi dayandıracağıq. Bu, NATO-nun Ukrayna böhranında sərgilədiyi mövqe ilə bağlıdır”. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib. Onun sözlərinə görə rəhbərlik etdiyi qurum Asiya-Sakit okeanı ölkələri ilə əməkdaşlığı davam etdirəcək. “Xüsusilə Çinlə əməkdaşlığımızı aktivləşdirəcəyik. İranla narkotik ticarətinə qarşı birgə əməkdaşlığa üstünlük verəcəyik”,-deyə N. Bordyuja bildirib. 

KTMT rəsmisi Ukraynada fəallaşan “Sağ Sektor” barədə də danışıb. O söyləyib ki, bu ifadə ümumiləşmiş anlayışdır. “Biz həmin təşkilatın üzvləri ilə Çeçenistanda da rastlaşırdıq. Rusiya-Çeçenistan müharibəsində Ukrayna vətəndaşları da iştirak edirdi. “Sağ Sektor”un nümayəndələri peşəkar döyüşçüdürlər və rusofob mövqedədirlər. Onlar silahla rus xalqına öz nifrətini ifadə edirlər”.  

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənddə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistan tərəfindən imzalanıb. 1993-cü il sentyabrın 24-də Azərbaycan, sentyabrın 9-da Gürcüstan, dekabrın 31-də isə Belarus bu sazişi imzalayıb. Müqavilə 1994-cü il  aprelin 20-də qüvvəyə minib. Beş il üçün nəzərdə tutulan sazişin sonradan uzadılması nəzərdə tutulurdu. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan  KTMT-də daha beş il  qalmaqdan imtina edib və sazişi imzalamayıb.   2002-ci ildə Moskvada qurumun adı dəyişdirilərək, ona beynəlxalq status verilib. Qurum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandırılıb.

 

Aqşin Kərimov

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir