Modern.az

Ekspert: ““Təhsil haqqında” Qanun varsa, sahə qanunlarına ehtiyac yoxdur”

Ekspert: ““Təhsil haqqında” Qanun varsa, sahə qanunlarına ehtiyac yoxdur”

24 Aprel 2014, 14:52



““Orta təhsil haqqında” qanunda ilk növbədə 12 illik təhsilə keçid olmalıdır”. Modern.az xəbər verir ki, yaxın vaxtlarda ictimai müzakirəyə çıxarılacaq orta təhsil haqqında qanun layihəsinə təhsil üzrə ekspert Etibar Əliyev öz təkliflərini verib.

Qeyd edək ki, “Təhsil haqqında” Qanunun qəbulundan sonra ona yardımçı olacaq əlavə sahə qanunlarının da hazırlanacağı gözlənilirdi.

Ekspertin sözlərinə görə, “Təhsil haqqında” Qanun müzakirə olunduğu zaman QHT-lər və təhsil ekspertləri də cəlb olunmuşdu. Həmin vaxt Milli Məclisin Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyirdi ki, bu qanun çərçivə qanunudur.

“Məktəbəqədər təhsildən tutmuş ali təhsil də daxil olmaqla, bütün təhsil pillələri haqqında qanun yazılacaq. Ancaq 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” Qanunun qəbulundan artıq 5 il keçir və bu sahə qanunlarından hələ heç bir xəbər yoxdur. Halbuki əvvəllər deyirdilər ki, ali təhsil haqqında qanun yenilənəcək”. Ekspert sahə qanunlarının tərəfdarı olmadığını deyir. “Dünya təcrübəsində yalnız təhsil qanunu və ya təhsil kodeksi var. “Təhsil haqqında” Qanunda təhsilin bütün sahələri, təhsilin pillələri, təhsilin strukturu, təhsil alanların hüquqları açılmalı idi ki, sahə qanunların ehtiyac qalmayaydı. Əgər bu təhsil haqqında qanun işləmirsə sahə qanunları necə işləyəcək?!”



E. Əliyev hesab edir ki, “Təhsil haqqında” Qanunda nə təhsil alanlar, nə təhsil verənlər, nə valideynlər, nə də ictimaiyyətin digər nümayəndələri qanunun hansısa hüquq və vəzifələrinə istinad edə bilmirlər. Bu səbəbdən də orta təhsil haqqında qanun qəbul olunarsa ilk növbədə orta təhsilin inkişafı və rəqabət keyfiyyətinin yüksəldilməsi üçün mütləq 12 illik təhsilə keçmək lazımıdır.

 “Çünki biz Avropaya inteqrasiya yolunu tutmuşuq. Amerika və Avropa da daxil olmaqla postsovet ölkələrindən bir neçə ölkə qalıb ki, 11 illik təhsil sistemindədir. Halbuki Avropa artıq 12, 13, 14 illik təhsilə keçib. Sahə qanunun mahiyyəti, məzmunu 12 illik təhsilə köklənməlidir. Təhsil haqqında sənədlərimiz 11 illik olduğundan bir çox ölkələrdə tanınmır. Bu sistem isə artıq yox olmaq üzrədir. Yeni təhsil haqqında qanunda təhsilin təmayülləşməsi nəzərdə tutulub. Amma 11 illik təhsillə təmayülləşməni aparmaq mümkün deyil. Orta təhsili 9 illik, tam orta təhsili isə iki il olan sistemlə buna keçmək mümkün deyil. Yəni 11, 12-ci siniflərdə təmayülləşmə aparmaq lazımdır. Söhbət qanunda nələrinə nəzərdə tutulmasından gedirsə, ilk növbədə təhsil alanın və təhsil verənin hüquqları genişləndirilmədir. Müəllimlərin sosial müdafiəsi genişləndirilməlidir. Köhnə qanunda yazılırdı ki, müəllimlər mənzil, maşın növbəsinə dayana bilər. Müəllimin maaşı Avropa ölkələrində işləyən müəllimlərin əməkhaqqılarına yaxınlaşdırıla bilər. Halbuki yeni təhsil qanunun da bunlar da göstərilməyib. Yeni qanunun da işlək mexanizmi olmasa bu da kağız üzərində qalacaq”.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi