Modern.az

Aureliya Qriqoriu Bakıya gələcək

Aureliya Qriqoriu Bakıya gələcək

24 Aprel 2014, 15:42

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu da iştirak edəcək. Aureliya Qriqoriu Ermənistan parlamentində beynəlxalq konfrans zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çoxdur davam etdiyini, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini və Xocalıda soyqırım törətdiyini bəyan etmiş moldovalı siyasətçidir.

Qeyd edək ki, Ombudsman aprelin 27-dən 30-dək Bakıda olacaq. II Qlobal Müştərək Cəmiyyətlər Forumunda Moldovanı eyni zamanda bu ölkənin siyasi və dövlət xadimi, 1997-2001-ci illərdə ölkəyə rəhbərlik etmiş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini üzvü Petru Luçinski və Moldovanın sabiq Baş naziri Dimitru Braqiş (1999-2001) təmsil edəcəklər. Forumda əksəriyyəti sabiq dövlət və hökumət başçısı olmaqla 150-dən çox nüfuzlu ictimai, siyasi xadim, ekspert və elm adamlarının iştirakı nəzərdə tutulub. Aprelin 27-30-da keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda münaqişələrin həlli, açıq cəmiyyətlər, qadınlara qarşı diskriminasiya, ətraf mühitin çirklənməsi və digər problemlərlə bağlı müzakirələr aparılacaq.

Gültəkin  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!