Modern.az

İsraildəki orqan mafiyası gənc qadınları Türkiyəyə göndərirmiş

İsraildəki orqan mafiyası gənc qadınları Türkiyəyə göndərirmiş

24 Aprel 2014, 16:06


İqtisadi çətinlik yaşayanlar pul qarşılığında orqanlarını bağışlamaq üçün Türkiyəyə gəlir. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, İsrailin cənubunda ortaya çıxarılan bir orqan mafiyasının minlərlə dollar qarşılığından gənc qadınları orqan bağışlaması üçün Türkiyəyə göndərdiyi ortaya çıxıb. Məlumatda qeyd edilir ki, İsrailin cənubunda 50 yaşında bir adamın, yaşları 18 ilə 20 arasında olan gənc qadınları, orqan hədiyyəsi qarşılığında minlərlə dollar nağd pul verməklə aldadırmış.

İsrail polisi isə orqan qaçaqçılığının izinə düşəndə bəzi qadınlar üçün çox gec olub.

Bəzi qadınlar bu əməliyyat üçün Türkiyəyə gələrək böyrək və bəzi orqanlarını əməliyyatla bağışladıqdan sonra nağd pullarını da alıblarmış. İsrail polisi orqan qaçaqçılığı şəbəkəsinə neçə qadının ilişdiyini açıqlamır, amma İsrail polisi bu ana qədər biri əməliyyat keçirməkdən son anda qurtarılan 3 qadını sorğu-suala tutub. Qadınlar bu əməliyyat üçün 300 min İsrail şekeli, yəni 185 min türk lirəsi aldıqlarını deyiblər. İsraildən Türkiyəyə edilən orqan qaçaqçılığı bir neçə həftə əvvəl ortaya çıxıb. Bir israilli qadın təklifi qəbul edərək Türkiyəyə gəlib.

Ailəsinin təzyiqindən sonra bıçaq altına yatmaqdan son anda imtina edincə, İsrailə dönüb. Ailəsi polislə əlaqəyə girəndən sonra hadisənin iç üstü açılıb.

Hadisə ilə əlaqədar qadınların müayinəsini edən iki israilli həkimin də izahatı alınır. Ancaq orqan mafiyasının başındakı və 50 yaşında olduğu bildirilən adam isə hələ də gizlənə bilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı