Modern.az

Putin Ukrayna hakimiyyətini cinayətkar adlandırdı

Putin Ukrayna hakimiyyətini cinayətkar adlandırdı

24 Aprel 2014, 16:08


Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində gərginliyin artması ilə bağlı münasibətini açıqlayıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq şəhərində yerli və regional KİV-lərin media forumunda çıxış edən Kreml rəhbəri Ukrayna hakimiyyətini ittiham edib. O bildirib ki, Ukrayna iqtidarının bölgəyə ordu yeritməsi və  güc tətbiq etməsi xalqa qarşı cinayətdir. “Heç Ukraynanın qanuni prezidenti olmuş Viktor Yanukoviç də xalqa qarşı güc tətbiq etmədi. O, Ali Baş Komandan olaraq buna getmədi. Yanukoviçi devirib indi hakimiyyətə gələn Ukrayna iqtidarı indi zor tətbiq edirsə, deməli bu hökumət xuntadır”.  

Qeyd edək ki, Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində hökumətin keçirdiyi anti-terror əməliyyatları nəticəsində beş nəfərin öldüyü bildirilir. Məlumatı Ukrayna Daxili İşlər Nazirliyi yayıb.  

Aqşin Kərimov    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?