Modern.az

Dövlət Komitəsi: “Azərbaycana xaricdən donuz əti gətirilmir” - AÇIQLAMA

Dövlət Komitəsi: “Azərbaycana xaricdən donuz əti gətirilmir” - AÇIQLAMA

24 Aprel 2014, 16:39

“Azərbaycanda kolbasa və sosiska istehsalı üçün xaricdən donuz əti gətirilmir”. Bunu Modern.az saytına açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent kommitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ölkədə halal sayılmayan məhsulların istehsalı haqqında danışarkən bildirib.

“Yerli kolbasa istehsalında istifadə edilən donuz əti isə yerli təsərrüfatın məhsuludur. Kolabasa və sosika istehsalı üçün xaricdən donuz əti gətirilmir”.

Komitə sözçüsü bildirib ki, ölkədə 30-a qədər müəssisə tərkibində donuz əti və piyi olan məhsullar istehsal edir. İstehlakçılar tərəfindən hər hansı narazılıq olmayıb.

“Tərkibində donuz əti və piyi olan məhsullar laborator analizləri ilə yoxlanılır və sertifikatlaşdırılır. Bu sahədə hər hansı bir problem yoxdur. Bu sahədəki vəziyyət  mütəmadi yoxlanılır. Nəzarət xidməti tərəfindən aparılan yoxlamalar zamanı irili-xırdalı nöqsanlar aşkar olunur. Bura markalanmada, məhsulun daşınması və saxlanmasına dair aşkarlanan nöqsanları aid etmək olar”.

F.Talıblı qeyd edib ki, bir neçə il əvvəl yeraltı keçidlərində kustar üsulla hazılanmış ət və ət məhsulları, o cümlədən kolbasa və sosiska satılması müşahidə edilirdisə, indi bu, aradan qaldırılıb.
“Standarta uyğun olmayan sex və bu kimi fəaliyyət göstərən yerlər qapadıldı. Nümunəvi, standarta uyğun öz texnoloji əsasını quran müəssisələr yaradıldı. Hazırda həmin şirkətlər bazarda özünəməxsus yer tutur”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu