Modern.az

Putin: “İnternet Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi layihəsidir”

Putin: “İnternet Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi layihəsidir”

Təhsil

24 Aprel 2014, 18:33


Rusiya prezidenti rusiyalılara İnternetin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi layihəsi olması ilə bağlı xəbərdarlıq edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Putin bunu bugünkü media-forumdakı çıxışında deyib: “Bu tam həqiqətdir, hər şey server vasitəsilə gedir, bu isə Birləşmiş Ştatlarda yerləşir, hər şeyə orada nəzarət olunur. Siz, sadəcə bundan nəticə çıxarmalısınız, həyat belədir. Siz bilirsiniz ki, İnternet ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi layihəsidir”.

O qeyd edib ki, indi bu məhsul bazara çıxıb, amma hər şeyə rəğmən bu xüsusi hərbi proqramdır, "bax budur xüsusi xidmət".

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!