Modern.az

Artur Rasizadə yenidən Dövlət Neft Fondunda sədr seçildi

Artur Rasizadə yenidən Dövlət Neft Fondunda sədr seçildi

İqtisadiyyat

24 Aprel 2014, 20:52


Modern.az
xəbər verir ki, bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan verilən məlumata görə, Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2013-cü il büdcəsinin icrası məsələlərinə baxılıb.

Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2013-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Praysvoterhauskupers Audit Azərbaycan" MMC) hesabatına baxaraq onları məqbul hesab edib və Neft Fondunun 2013-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Baş nazir A.Rasizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

Moden.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir