Modern.az

Bakıda inzibati binanın zirzəmisindən top mərmisi tapıldı

Bakıda inzibati binanın zirzəmisindən top mərmisi tapıldı

24 Aprel 2014, 21:31


Fövqəladə Hallar Nazirliyi Bakıda inzibati binanın zirzəmisində silah-sursatın tapılmasıyla bağlı məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda inzibati binanın zirzəmisində təmir-tikinti işləri aparılarkən döyüş sursatı aşkarlanıb. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən aşkarlanmış sursatın 1 ədəd təlim-tədris təyinatlı 100 mm-lik top mərmisi olduğu müəyyən olunub. Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər tərəfindən əraziyə baxış keçirilmiş və digər döyüş sursatları aşkar edilməyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?