Modern.az

Müdafiə Nazirliyinin "Cərimə batalyonu"na baxış keçirilib (foto)

Müdafiə Nazirliyinin "Cərimə batalyonu"na baxış keçirilib (foto)

Təhsil

11 İyun 2010, 11:45

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə MPM qrupunun üzvləri, hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun baş məsləhətçisi Adil Hacıyev Müdafiə Nazirliyinin tabeliyində olan İntizam xarakterli hərbi hissəyə baş çəkiblər. Bu barədə Modern.az-a Ombudsmanın mətbuat xidmətindəb məlumat verilib. Qrupun üzvləri hərbi hissənin rəhbərliyi ilə görüşüb, saxlanmanın qanuniliyini təsdiq edən sənədləri, qeydiyyat jurnallarını yoxlayıb, saxlanma şəraiti, qida təchizatı ilə bağlı vəziyyəti öyrəniblər.  Verilən məlumata görə, saxlanılan hərbi qulluqçularla söhbət aparılıb, onlar saxlanma şəraitindən, hərbi hissənin rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Həmin şəxslərə hüquqları izah edilib, Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti barədə məlumat verilib. Görüşdə Müdafiə Nazirliyinin məsul zabiti Rauf Əliyev  iştirak edib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR