Siqaretə aludə olan 2 yaşlı Ardı Rızal hər gün çəkdiyi siqaretlərin sayını 40-dan 15-ə endirib. Modern.az türk mətbuatına istinadla xəbər verir ki, Ardı Rızalın siqaretlə ilk tanışlığı hələ bir yaş yarım olarkən balıq satan atası Məhəmmədin ona bir siqaret verməsiylə başlayıb.
Daha sonra o, tədricən siqaretə vərdiş edib. Ardı gündə 40 siqaret çəkə bilmədiyi zaman böhran keçirirmiş.
Uşağın sağlamlığı psləşdiyindən davamlı müalicə başlanılıb və nəticədə Ardı siqareti azaldıb. İndoneziyanın Sumatra bölgəsində yaşayan Ardı yalnız müəyyən bir marka siqaret çəkir və bu vərdişi ailəsinə gündə təxminən 9,45 dollara başa gəlir.
Aylıq minimum məvacibin təxminən 172 dollar olduğu bölgədə bu xərc ailənin üzərində böyük bir yükdür.
İndi 25 kq ağırlığında olan Ardı digər uşaqlarla birlikdə yeriyə bilmədiyi üçün oyuncaq avtomobiliylə gəzərkən bir tərəfdən də ətrafına siqaret tüstüsü üfürür.
Uşağının siqareti buraxması üçün çalışan, ancaq müvəffəqiyyətə nail ola bilməyən 26 yaşındakı anası Diana "tamamilə alışmış vəziyyətdədi. Siqaret tapa bilməzsə, əsəbləşir və qışqırıb başını divarlara vurur. Mənə başının döndüyünü, özünü pis hiss etdiyini söyləyir" deyib.