Modern.az

Oğurluq edən kuryerlər saxlanıldı

Oğurluq edən kuryerlər saxlanıldı

Aktual

21 Yanvar 2026, 10:00

Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, zərərçəkən polisə müraciət edərək sifariş verdiyi 1800 manat dəyərində kosmetoloji vasitələrin talandığını bildirib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Əlizadə və Z.Rüstəmzadə saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, zərərçəkənin sifariş verdiyi 50 qutu kosmetik ləvazimat çatdırılma şirkəti vasitəsilə ona göndərilib. Saxlanılan şəxslər isə həmin şirkətin kuryer xidmətini həyata keçirərkən yolda bağlamaların bir hissəsini oğurlayıblar. Onlar ifadələrində taladıqları kosmetik ləvazimatları satdıqlarını bildiriblər.

Araşdırmalar davam etdirilir

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı