Modern.az

Ziya Məmmədov Daşkəsəndə - FOTOLAR

Ziya Məmmədov Daşkəsəndə - FOTOLAR

25 Aprel 2014, 14:07

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov aprelin 25-də Daşkəsən şəhərində Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Modern.az-ın xəbərinə görə, qəbuldan öncə nazir Ziya Məmmədov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə birgə mərhum president Heydər Əliyevin  şəhərin mərkəzində ucaldılan abidəsinin önünə gül-çiçək dəstələri düzüb, ona hörmət və ehtiramlarını bildiriblər. Nazir rayon Mədəniyyət evində qəbula gələn Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Nəqliyyat naziri görüşdə vətəndaşların səsləndirdiyi təklif, müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib.
Vətəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təminat və digər məsələlərlə bağlı olub.

Daşkəsən rayon İcra Hakimiyyətindən bildirilib ki, qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.










Modern.az
       
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir