Modern.az

Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır

Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır

Ölkə

22 Yanvar 2026, 00:52

Prezident İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşlə bağlı Region hökuməti də məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, xüsusilə investisiya və ticarət istiqamətlərində daha da gücləndirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Bildirilib ki, görüşdə Bakının Ərbildə Azərbaycanın Baş Konsulluğunu açmağa hazır olduğu ifadə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Üçüncü dünya müharibəsi başladı - Azərbaycan da qoşulur? - Xəbəriniz Var?