Modern.az

Suriyadan qaytarılan 5 vətəndaşımız indi haradadır?

Suriyadan qaytarılan 5 vətəndaşımız indi haradadır?

Ölkə

23 Yanvar 2026, 12:01

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 5 nəfər (ana və 4 övladı) vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

Modern.az-ın məlumatına görə, bu barədə Sosial Xidmətlər Agentliyi  tərəfindən məlumat yayılıb.

Qurumdan bildirilir ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi, sosial-psixoloji dəstək göstərilib.

"Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək, təfsilatlı qiymətləndirməsini aparacaq. Hər bir repatriantla bağlı fərdi inkişaf planı hazırlanaraq, həmin plan əsasında aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində onlarla bağlı dəstək tədbirləri davam etdiriləcək.

Son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan hazırda 63 repatriantla sosial reabilitasiya işi davam etdirilir",-qurumun məlumatında deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır