Modern.az

Bələdiyyədən yazan jurnalistlər mükafatlandırıldı (fotolar)

Bələdiyyədən yazan jurnalistlər mükafatlandırıldı (fotolar)

Media

11 İyun 2010, 16:22

Yerli Demokratiyaya Dəstək QHT Koalisiyası jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb. Modern.az xəbər verir ki, yerli idarəetmənin problemlərinə həsr olunmuş müsabiqədə beş KİV təmsilçisi qalib elan olunub.

 

Qaliblərin təqdimat mərasimində Koalisiyasının koordinatoru Mirəli Hüseynov çıxış edərək müsabiqənin şərtləri haqqında məlumat verib. Dediyinə görə, jurnalistlərə 3 istiqamət üzrə yazı hazırlamaq təklif olunub – bələdiyyələrin birləşməsi, bələdiyyələrin hesabatlılığı və bələdiyyələrin büdcəsi: “Hər 3 istiqamətdə maraqlı yazılar təqdim olunub. Müsabiqənin keçirilməsində məqsəd bələdiyyələrlə bağlı problemlərin gündəmə gətirilməsi, onların həllinə ictimaiyyətin diqqətini yönəltməkdən ibarət idi”.

 

Münsiflərin qiymətləndirməsinə əsasən, 1 nəfər 1-ci, 2 nəfər 2-ci və 2 nəfər 3-cü yerə layiq görülüb. Qalib İbrahimoğlu (“Ekspress” qəzeti) və Xanoğlan Əhmədov (lent.az)  3-cü yerin, Fərəh Sabirqızı (Modern.az) və Elşən Şirinov (“Azadlıq” qəzeti) 2-ci yerin və Elxan Salahov (lent.az) 1-ci yerin sahibi olublar.

 

Yerli Demokratiyaya Dəstək QHT Koalisiyası özündə beş təşkilatı birləşidirir. Koalisiya 1 il əvvəl – ötən il iyunun 11-də yaradılıb. Bu qurum Azərbaycanda yerli özünüidarəetmə sahəsində QHT-ləri bir araya gətirmək, ölkədə bələdiyyə institutlarının inkişafına yardım göstərmək məqsədi ilə bir neçə layihə həyata keçirməyi planlaşdırır.

 

 

 

 

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi