Modern.az

Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına salınıb

Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına salınıb

30 Sentyabr 2009, 17:03

Azərbaycanın qeyri-maddi irs nümunələrinin beynəlxalq səviyyədə təbliği məqsədilə atılan daha bir addım öz nəticəsini verib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili xanım Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi Azərbaycanın Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi istiqamətində işlər aparılırdı. Nazirlikdən bildirilib ki, Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi istiqamətində görülmüş işlər Heydər Əliyev Fondunun rəhbərliyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilib. Bu məqsədlə “Azərbaycan aşıq sənəti” faylı hazırlanıb və YUNESKO-ya təqdim edilib. Müvafiq fayl hazırlanıb Hökumətlərarası komitənin iclasında müzakirə olunmaq üçün YUNESKO-ya təqdim olunduqdan sonra bu yolda atılmış növbəti addım Aşıq sənətinin təbliği və inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tədbirlər Planının hazırlanması olub. Bu plan çərçivəsində aşıqların qurultayının keçirilməsi, aşıqların iştirakı ilə xarici ölkələrdə konsert proqramlarının təşkil olunması, Aşıqlar Birliyinin yaradılması, fəxri adların verilməsi, aşıqların yubileylərinin qeyd olunması, kitabların və notların çap edilməsi, orta və ali musiqi məktəblərində aşıq sənətinin tədris olunması istiqamətində geniş miqyaslı işlər görülüb. Bununla yanaşı, Azərbaycan dövləti və Fransanın Maison des cultures du Monde şirkətinin birgə əməkdaşlığı nəticəsində Azərbaycanda və Fransada CD disklər buraxılıb, Fransanın Paris (Luvr muzeyində) və Strasburq şəhərlərində Azərbaycan aşıqları konsert proqramları ilə çıxış edib, həmçinin ölkə xarici və daxilində keçirilib, bu istiqamətdə nazirlik tərəfindən təşviqat işləri və lobbiçilik fəaliyyətləri həyata keçirilib.

Nəticədə 28 sentyabr - 02 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın Aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir