Modern.az

Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu

Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu

Dünya

25 Yanvar 2026, 19:11

ABŞ-nin Corciya ştatında yerləşən Emori Universiteti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani işdən çıxarıb.

Modern.az xəbər verir, bu barədə Universitet məlumat yayıb.

Qərar artan siyasi təzyiqlər, ictimai etirazlar və ABŞ rəsmilərinin narazılığı fonunda qəbul edilib.

O, Emori Universitetinin Hematologiya və Tibbi Onkologiya kafedrasında dosent vəzifəsində çalışıb. Fatimə ilə bağlı məlumatlar artıq universitetin internet səhifəsindən silinib.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentin qaldığı hotelə hücum - Təxribat cəhdi