Türkiyədə Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) Suriyadakı YPG terror qruplaşmasına yardım qərarı verib.
Modern.az xəbər verir ki, DEM Yerli İdarəetmə Orqanları Şurasının qərarına əsasən, DEM partiyasının nəzarətində olan bələdiyyələrin büdcəsindən Suriyanın şimalında SDQ/YPG nəzaərti altında olan Rojava bölgəsinə maliyyə yardımı göndəriləcək.
Qeyd edək ki, de-fakto müstəqil olan bu ərazilərdə Suriya hökumət qüvvələri terrorçu SDQ/YPG-yə qarşı əməliyyat keçirir.