Modern.az

Mətbuat Şurası Ali Media Mükafatı təsis edib

Mətbuat Şurası Ali Media Mükafatı təsis edib

Media

11 İyun 2010, 18:09
Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov iclası açaraq bildirib ki, iyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Azərbaycan mili mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında» sərəncam imzalayıb.
Mühüm dövlət sənədində mətbuatımızın ötən dövrdə keçdiyi yola, tarixin müxtəlif mərhələlərindəki roluna və xidmətlərinə nəzər salınır, yüksək dərəcədə qiymətləndirilir. Sərəncamda ölkəmizdə yubileyin geniş qeyd olunmasının vacibliyi göstərilir. Sənədə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası üzərində də müvafiq öhdəliklər müəyyənləşir.  

İdarə Heyətinin üzvləri çıxışlarında ölkə rəhbərinin imzaladığı sərəncamın mətbuata və jurnalistlərimizə qayğının daha bir nümunəsi olduğunu bildiriblər. Qərara alınıb ki, sənəddə nəzərdə tutulan müddəalarla bağlı konkret təkliflər İH-nin növbəti iclasının müzakirəsinə təqdim olunsun.  

Sonra Şuranın mükafatının təsisi, adı və nominasiyaları ətrafında diskussiyalar aparılıb. İH üzvləri mükafatın Ali Media Mükafatı adlandırılmasını məqbul sayıblar. Eyni zamanda nominasiyaların, mükafatların sayı və mükafat fondunun dəqiqləşdirilməsi qərara alınıb.  

İclasda Bakının bir sıra rayonlarında səyyar qəzet satışı ilə bağlı son vaxtlar yaranmış problemi araşdıran qrupun üzvləri Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin apardıqları araşdırmalar barədə məlumatlar dinlənilib. Məlumatlar məqbul sayılıb və məsələnin həlli üçün səylərin davam etdirilməsi qərarına gəlinib.  

İdarə Heyəti bir sıra qəzetlərin MŞ-nin «qara siyahı»sından çıxması üçün Şurada yaradılmış «apellayasiya qrupu»nun araşdırmasını da müzakirə edib. İH qrupun işini müsbət qiymətləndirib və Mətbuat Şurasının həmin kateqoriyadan olan mətbu nəşrlərlə bağlı daha geniş miqyasda qərar qəbulu üçün İH-nin növbəti iclasında məsələ müzakirə olunması razılığına gəlinib. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi