Modern.az

ABŞ Rusiya-Ukrayna danışıqlarından çıxmağa hazırlaşır

ABŞ Rusiya-Ukrayna danışıqlarından çıxmağa hazırlaşır

Dünya

27 Yanvar 2026, 15:12

ABŞ Rusiya-Ukrayna danışıqları nəticə verməsə, mayın 15-də prosesi tərk edəcək.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Radasının deputatı Aleksey Qonçarenko bildirib.

"Əgər razılığa gəlməsək, onlar danışıqlar prosesindən çəkiləcək və bu məsələdən tamamilə imtina edəcəklər", - deyə deputat yazıb.

Onun sözlərinə görə, bunun əsas səbəbi 2026-cı ilin noyabrında ABŞ-da keçiriləcək aralıq seçkiləridir. 

Tramp administrasiyasının bu seçkilərə həll olunmamış münaqişə ilə yaxınlaşması, Respublikaçıların Demokratlar üçün hədəfə çevrilə biləcəyi ilə bağlıdır.

Sizə yeni x var
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var