Modern.az

DAK-ın saytı növbəti dəfə haker hücumuna məruz qalıb

DAK-ın saytı növbəti dəfə haker hücumuna məruz qalıb

12 İyun 2010, 11:11

BMT Təhlükəsizlik Şurasının dördüncü sanksiyasıyla üzləşən və beynəlxalq aləmdən təcrid olunan İran adlanan yerdəki mövcud fars şovinist rejimi deyəsən hirsini öz tarixi torpaqlarında yaşayan 35 milyondan çox Azərbaycan türkünün haqq səsini dünya ictimaiyyətinə çatdırmağa çalışan kütləvi informasiya vasitələrindən çıxır. Belə ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəsmi internet saytı olan www.D-A-K.org növbəti dəfə haker hücumuna məruz qalıb. Məlumatı Modern.az-a DAK-ın mətbuat xidməti verib. Bildirilib ki,

hətta vebsəhifədə fars dilində və ərəb qrafikalı əski Azərbaycan türkcəsində yazı da yerləşdirilib. Materialın tam mətnini diqqətinizə çatdırırıq: 

DAK-ın Milli Hərəkata xəyanəti cavabsız qalmayacaq

 

“Yaşıl hərəkat” məğlubiyyətə uğramaqdadır. Ancaq DAK başda Əhməd Obalı olmaqla Milli Hərəkatı “yaşıl hərəkat”a sürükləmək istəyir. Bizim başlıca vəzifəmiz DAK-ın saytını dağıtmaqdı. Bundan sonra isə əsas vəzifəmiz GünAzTV telekanalının rəsmi saytını sıradan çıxarmaqdır.

 

Yaşasın GAMOH!

 

Yaşasın GAMOH-un gənc əsgərləri!

 

 

“Əslində fars şovinist rejimi Əhməd Obalının www.D-A-K.org internet saytıyla əlaqəsi olmadığını yaxşı bilir. Bir də mətnin altında GAMOH imzasının qoyulması DAK-ın bu təşkilatla münasibətlərini pozmağa xidmət edir”-deyə  DAK-ın mətbuat xidməti bəyan edib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir