Modern.az

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım

29 Yanvar 2026, 00:14

Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir.

 

Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X"dəki hesabında UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyunu ilə bağlı yazıb.

 

"Liverpul" - "Qarabağ" oyunu üçün çox həyəcanlıyam! Bu gün "Qarabağ" Çempionlar Liqasında həlledici gündür. Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir.

 

"Liverpul" azarkeşləri, əlbəttə ki, gur olacaq, amma mən qonaqlar üçün daha da uca səslə dəstək olacam", - səfir qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...