Modern.az

Qırğızlar bir-brilərini qırırlar: 50 ölü, 613 yaralı var

Qırğızlar bir-brilərini qırırlar: 50 ölü, 613 yaralı var

12 İyun 2010, 15:16

Qırğızıstanın cənubunda humanitar fəlakət hökm sürür. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kütləvi iğtişaşların yeni dalğasının baş qaldırdığı  Oş vilayətində  vəziyyət nəzarətdən çıxıb. Bu gün müvəqqəti hökumət növbəti bəyanatla çıxış edərək beynəlxalq birliyi köməyə çağırıb. Bişkək hesab edir ki, yalnız beynəlxalq birliyin müdaxiləsi ilə ölkədə vəziyyəti nizma salmaq olar. “Artıq vəziyyət son həddə çatıb,  bizə vəziyyəti ələ almaq üçün digər ölkələrin hərbi qüvvələrinin ölkəyə yeridilməsinə  ehtiyac yaranıb. Bununla əlaqədar, biz artıq kömək üçün Rusiyaya müraciət etmişik”,-deyə müvəqqəti hökumətin başçısı Roza Otunbayeva bir qədər əvvəl  bildirib.  O qeyd edib ki, müvafiq müraciət Kremlə göndərilib.

Xatırladaq ki, Roza Otunbayeva ölkənin cənubundakı vəziyyəti Rusiya hökumət başçısı Vladimir Putinlə telefon danışığında müzakirə edib.

Qeyd edək ki, Oşda kütləvi iğtişaşlar gedişində 50 nəfər həlak olub, 633 nəfər xəsarət alıb. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi