Modern.az

Putin İrana qarşı sanksiyaları dəyərləndirdi: “İt hürər, karvan keçər”

Putin İrana qarşı sanksiyaları dəyərləndirdi: “İt  hürər, karvan keçər”

Təhsil

12 İyun 2010, 16:09

Rusiyanın baş naziri Vladimir Putin BMT Təhlükəsizlik Şurasının İrana qarşı son sərt sanksiyalarının işə yaramadığını bəyan edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin bu barədə fikirlərini Fransaya səfər ərəfəsində AFR xəbər agentliyinə və Frans2 telekanalına bölüşüb.

 

Putin İrana sanksiyalar prosesində nə qədər səbirli davranış nümayiş etdirildiyini deyib. “Sanksiyalar həll yolu deyil. Hər hansı bir problemin həllində tərəfləri qane edə biləcək variantlar tapılmalıdır. Beynəlxalq təcrübə göstərir ki, sanksiyalar tətbiq etməklə hər hansı bir problemin həllinə nail olunmur. Sanksiyalar  yolu ilə hər hansı bir problemin həll olunmasına dair bir nümunə göstərə bilərsinizmi?”deyə Putin bildirib. Etik nöqteyi-nəzərdən sanksiyalar məsələsini müzakirə etmək durumunda olmadığını deyən Putin əlavə edib:”Bir ərəb atalar sözü var, it hürər, karvan keçər. Sanksiyalar təsirsizdir. Biz problemləri həll etməliyik”.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR