Modern.az

Polis Müsavatın aksiyasına imkan vermədi, tutulanlar var

Polis Müsavatın aksiyasına imkan vermədi, tutulanlar var

Təhsil

12 İyun 2010, 16:20

Bu gün Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (DUİ) Bakının Hüseyn Cavid bağında icazəsiz etiraz aksiyası keçirib. Saat 15.00-a təqyin olunan aksiyanı önləmək üçün polis əvvəlcədən ərazini nəzarətə götürüb. Belədə Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın dəalları metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında aksiya keçirmək istəyiblər. Aksiya iştirakçıları polis tərəfindən saxlanılıb. Metroya giriş və çıxış məhdudlaşdırılıb. Piyadaların yolları dəyişdirilir. Aksiyanın əsas tələbləri seçkiqabağı demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində islahatlar aparılmasıdır. Hazırda Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev, Yasamal rayon Polis İdarəsinin rəisi Məhəbbət Hüseynov, Bakı Metropolitenin rəisi Tağı Əhmədov ərazidədir. Polis metronun qarşısına toplaşan KİV nümayəndələrindən ərazini tərk etməyi tələb edir. Saxlanılan aksiya iştirakçıları Tofiq Yaqublu, Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Rəşad Əliyev və digərləri Yasamal rayon 26-cı polis bölməsindədirlər. Saxlanılanlar arasında AXCP Gənclər Komitəsinin sərdi Əbülfəz Qurbanlı da var. Məlumatlara görə, aksiyada ümumilikdə 30-a yaxın şəxs saxlanılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR