Modern.az

Üzeyir Hacıbəyovun indiyədək nəşr olunmamış əsərləri təqdim ediləcək

Üzeyir Hacıbəyovun indiyədək nəşr olunmamış əsərləri təqdim ediləcək

Qarabağ

12 İyun 2010, 16:54

Bakının «Ambassador» otelində milli operamızın banisi, görkəmli naşir, jurnalist, publisist Üzeyir Hacıbəyovun indiyədək oxuculara məlum olmayan əsərlərinin toplandığı ikicildliyin təqdimatı keçiriləcək. Tədbir 16 iyun 2010-cu il tarixdə saat 11.00-da Bakının «Ambassador» otelində baş tutacaq.

 

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü, «Azərsun Holdinq»in maliyyə dəstəyi ilə keçiriləcək mərasimdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin, media mütəxəssislərinin, alim və ziyalıların iştirakı nəzərdə tutulur.

 

Qeyd edək ki, Bakı «Elm» Nəşriyyatında buraxılmış ikicildlikdəki əsərləri toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən, ön söz müəllifi və lüğətinin tərtibçisi Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovdur. Kitablar «Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş əsərlər (1904-1912)» və «Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş, ixtisar və «redaktə» edilmiş əsərləri (1915-1917)» adlanır.  İkicildlik ustad sənətkarın anadan olmasının 125 illiyinə həsr olunub.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub