Modern.az

Mərkəzi Bank ermənilərlə işbirliyində olan “LEADER” pul köçürmə sistemini dayandırıb

Mərkəzi Bank ermənilərlə işbirliyində olan “LEADER” pul köçürmə sistemini dayandırıb

Təhsil

12 İyun 2010, 18:05

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycan Respublikasının işğal altında olan ərazilərində “LEADER” sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilib. “LEADER” pul köçürmə sisteminə Azərbaycan Mərkəzi Bankı tərəfindən xəbərdarlıqların edilməsinə baxmayaraq sözügedən sistem işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətini davam etdirib.

Yuxarıda göstərilənləri nəzərə alaraq Mərkəzi Bank 2010-cu il 11 iyun tarixindən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.
Modern.az
-ın məlumatına görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı öz səlahiyyətləri çərçivəsində sağlam maliyyə vasitəçiliyinin təmin olunması üzrə ardıcıl tədbirləri bundan sonra da davam etdirəcəyini bildirib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR