Modern.az

Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

Aktual

3 Fevral 2026, 09:14

Sürücülər piyada keçidi üzrə və ya piyadaların hərəkətinə icazə verilən yerlərdə onların hərəkət sürətini, trayektoriyasını, eləcə də yol və hava şəraitini nəzərə almalı, nəqliyyat vasitəsinin sürətini vaxtında azaltmalı və piyadaların təhlükəsiz keçidinə mane olmamalıdırlar.

Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.

Xatırladılıb ki, piyadanın yolu təhlükəsiz şəkildə keçməsi üçün ona şəraitin yaradılması sürücünün diqqətindən, məsuliyyətindən və düzgün davranışından asılıdır:

"Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri piyada keçidlərinə yaxınlaşarkən daha diqqətli olmağa, piyadaların təhlükəsiz həyat hərəkətini üstün tutmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır".

Sizə yeni x var
Keçid et
Kürd silahlıları güneyə girdi - İsrail və ABŞ-dən dəstək gəldi