Modern.az

Qırğızıstanda ölənlərin sayı 170 nəfəri ötüb

Qırğızıstanda ölənlərin sayı 170 nəfəri ötüb

Təhsil

15 İyun 2010, 20:18

Qırğızıstanın cənubundakı Oş və Cəlalabad vilayətlərində həyat iflic vəziyyətinə düşüb, yerli hakimiyyət və ordu qüvvələri vəziyyəti sabitləşdirməkdə acizdirlər, həlak olanların və yaralıların sayı isə durmadan artır.
Qırğızıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, Oş və Cəlalabadda həlak olanların sayı 170 nəfəri keçib. Ölkədəki özbək diasporunun nümayəndəsi isə jurnalistlərə açıqlamasında həlak olanların sayının 2 min nəfərə yaxın olduğunu bildirib.
Qırğızıstan Müvəqqəti Hökumətinin rəhbəri Roza Otunbayeva da həlak olanların sayının rəsmi məlumatlarda göstərildiyindən qat-qat çox olduğunu deyib. Onun sözlərinə görə, hakimiyyət cənub vilayətlərində silahlı münaqişəni dayandırmaq iqtidarında deyil.
Xarici mətbuat xəbər verir ki, Qırğızıstan-Özbəkistan sərhədinə on minlərlə etnik özbək toplaşıb. Özbəkistanın Əndican, Namanqan və Fərqanə vilayətlərində qaçqınların qəbul edilməsi üçün məntəqələr yaradılıb, onlara hərtərəfli yardımlar göstərilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR