Modern.az

BDU-nun professoru vəfat edib

BDU-nun professoru vəfat edib

Allah rəhmət eləsi̇n

4 Fevral 2026, 11:10

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru Rasim Qara oğlu Məmmədov vəfat edib.

Bu barədə Modern.az-a Universitetin Mətbuat xidmətindən məlumat verilib.

Rasim Məmmədov 1 iyun 1950-ci ildə anadan olub. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsinə daxil olub, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1974-cü ildən BDU-nun Fizika fakültəsində elmi və pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ildə Fizika fakültəsi nəzdində “Radiofizika” ixtisası üzrə aspiranturaya daxil olub. 1984-cü ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 2009-cu ildə professor elmi adı alıb. 1979-cu ildən Optika və molekulyar fizika kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1999-2004-cü illərdə Fizika fakültəsinin dekan müavini, 2005-2012-ci illərdə dekan vəzifələrində işləyib. 2005-ci ildən Optika və molekulyar fizika kafedrasında professor vəzifəsində çalışıb.

Professor Rasim Məmmədovun elmi fəaliyyəti yarımkeçirici cihazlar fizikası və texnikası ilə əlaqədar olub. İlk dəfə olaraq real metal-yarımkeçirici kontaktlarda əlavə elektrik sahəsinin yaranması hadisəsini aşkar edib. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 200-dən artıq elmi əsərin, o cümlədən, 1 monoqrafiya, 4 dərs vəsaiti, 5 ixtira və 50 elmi-publisistik məqalənin müəllifidir. 2 fizika üzrə fəlsəfə doktorantının və 20 magistrantın elmi rəhbəri olub. Rasim Məmmədov 1999-cu ildə “Tərəqqi”, 2019-cu ildə isə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!