Modern.az

“Papanin”in söküləcəyi vaxt məlum deyil

“Papanin”in söküləcəyi vaxt məlum deyil

İqtisadiyyat

6 May 2014, 09:33


Yaxın zamanlarda Bakı bir çox məhşur yerləri ilə vidalaşmalı olacaq.

“Sovetski”, “Papanin” və s...

Bir müddət əvvəl Nəsimi Rayon İcra Hakimiyətinin başçısı  Nəsib Məhəməliyev açıqlamasında bildirmişdi ki,“Papanin”də söküntü olacaq.

Evləri söküləcək vətəndaşlara kompensasiya ödənilməsinə Maliyyə Nazirliyi nəzarət edəcək. “Papanin” adlanan ərazidə, hərbi hospitalın yaxınlığında təxminən 101 fərdi ev söküləcək. Orada eyni zamanda bir neçə qeyri-yaşayış sahəsi də var ki, onlar da bu sıraya daxil olacaq. Bu söküntü metro tikintisi ilə əlaqədardır. Söküntü zamanı  mənzilin sahəsi, ümumi təmir vəziyyəti nəzərə alınacaq”.

“Papnin” də söküntü işlərinin nə yerdə olduğunu öyrənmək üçün Nəsimi rayonu İcra Hakimiyyətiə müraciət etdik. İH-nin sənədlər və vətəndaşların müraciəti üzrə iş şöbəsinin müdir Nazim Quliyev Modern.az saytına açıqlamasında bildirdi ki,yeni metro stansiyasının tikintisi ilə əlaqədar “Papanin” adlanan ərazidə də müəyyən tikililər artıq sökülüb. “Amma məhəllənin ümumi söküntüsü ilə bağlı işlərini nə vaxt başlayacağı haqqında dəqiq məlumat yoxdur. Amma bu proses nəzərdə tutulub.” 

Nazim Quliyevin sözlərinə görə, paytaxtın bütün ərazisində memarlıq baxımından əhəmiyyət kəsb etməyən, birmərtəbəli, kommunikasiya xətti olmayan tikililərin hamısının sökülməsi və yerində parkların salınması nəzərdə tutulub. ““Papanin” məhəlləsində isə belə tikililər lap çoxdur. Onlar təbii olaraq söküləcək, lakin vaxtı yenə deyirəm dəqiq deyə bilməyəcəm. Çünki, konkret olaraq vaxt bildirilmir”.

Gülşən Raufqızı  

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər