Modern.az

"Allah ömür versə, Rəsulzadənin də işıq üzü görməmiş əsərlərinin təqdimatı olacaq"

"Allah ömür versə, Rəsulzadənin də işıq üzü görməmiş əsərlərinin təqdimatı olacaq"

16 İyun 2010, 14:26

İyunun 16-da “Ambassador” otelində milli operamızın banisi, görkəmli naşir, jurnalist, publisist Üzeyir Hacıbəylinin indiyədək oxuculara məlum olmayan əsərlərinin toplandığı ikicildliyin təqdimatı olub. Modern.az xəbər verir ki, sözügedən kitablar «Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş əsərlər (1904-1912)» və «Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş, ixtisar və «redaktə» edilmiş əsərləri (1915-1917)» adlanır. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, həmin kitablarda indiyədək Azərbaycan ictimayətinə məlum olmayan 200-ə yaxın əsər toplanıb. Bunların 160-a yaxını ilk dəfə çap olunan əsərlərdir. 30 məqalədə isə muxtəlif redaktələr və ixtisarlar olunub.

Ə.Amaşov bildirib ki, Prezident İlham Əliyevin U.Hacıbəylinin anadan olmasının 125 illik yubleyinin qeyd olunması ilə bağlı sərəncamı var. Sərəncamda U.Hacıbəyli irsinin dərindən öyrənilməsi ilə bağlı bir sıra tövsiyələr verilib. “Bugunkü tədbir də məhz həmin tövsiyələrə əsasən keçirilir”-deyə Ə,Amaşov bildirib.

Ə.Amaşov Ü.Hacıbəylinin bizə tanış olmayan əsərlərini toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən, ixtisar və “redaktə”  edilmiş mətnləri düzəldən və həm də kitabların ön söz müəllifi olan professor Şirməmməd Hüseynova təşəkkür edib.

Millət vəkilləri Sabir Rustəmxanlı, Bəxtiyar Sadıqov, Təfəkkür Universitetinin rektoru Müşviq Atakişiyev kitabların işıq üzü görməsində böyük əməyi olan və professor Şirməmməd Hüseynova üzun ömür cansağlığı arzulayıblar.

Sonda professor Ş.Hüseynov da ürək sözlərini bölüşüb və kitablarda Üzeyir bəyin “Yeni İqbal”, “Sovqat”, “Açıq Söz” , “Doğru Söz”, “İttihad” qəzetlərində dərc edilmiş əsərlərinin də daxil edildiyini deyib. Ş.Hüseynov bildirib ki, bu yazıların bir qismi heç onun əsərlərinin biblioqrafiyasında, “Həyat və yaradıcılıq salnaməsində” ensklopediyasında göstərilməyib. Professor deyib: “Allah ömür versə, gələn il bu vaxt böyük öndər  Məhəmmməd Əmin Rəsulzadənin indiyə kimi işıq üzü görməmiş əsərlərinin təqdimat mərasimi keçiriləcək”.

Mail Ağaxanov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı